Bu ölkədə kirayə artımını məhdudlaşdıran qanun layihəsi qəbul edilib | Banco.az

Bu ölkədə kirayə artımını məhdudlaşdıran qanun layihəsi qəbul edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İspaniyada icarə haqqının artırılmasını məhdudlaşdıran qanun layihəsi qəbul edilib.

Banco.az xəbər verir ki, İspaniyada son illərdə artan mənzil probleminə çarə tapmaq məqsədilə hökumət ölkə demokratiyası tarixində ilk dəfə olaraq kirayə qiymətlərinə müdaxilə edib.

Sözügedən qanun layihəsi hökumətin iki qolu olan Sosialist İşçi Partiyası və Unidas Podemos ilə separatçı Kataloniya və Bask partiyalarının (ERC və EH Bildu) dəstəyi ilə 167 əleyhinə, 176 lehinə səs çoxluğu ilə parlament tərəfindən təsdiq edilib və senata göndərilib. 

Qanun layihəsi Senatda qəbul edildikdən sonra sonuncu dəfə parlamentə göndəriləcək və təsdiqlənəcəyi təqdirdə qanuni qüvvəyə malik olacaq.

Xatırladaq ki, İspaniya hökuməti bu qanun layihəsi ilə mənzillərin, xüsusilə gənclər və yoxsullar üçün də “qanuni haqq kimi tanınacağını” iddia edərkən, müxalifətdəki sağçı partiyalar isə “ölkədə hazırda adi hal olan boş evlərin zəbt edilməsi kimi halların daha da artacağını, təklifin azalacağını və qiymətlərin yüksələcəyini” iddia edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et