Bu ölkədə ipoteka faizləri 21 ilin pik həddinə çatıb | Banco.az

Bu ölkədə ipoteka faizləri 21 ilin pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amerikada 30 illik ipoteka (mənzil krediti) üzrə orta faiz dərəcəsi 7,16 faizə çatıb ki, bu da 2001-ci ildən bəri ən yüksək səviyyədir.

Banco.az xəbər verir ki, İpoteka Bankları Birliyinin (MBA) məlumatına görə, 21 oktyabrda başa çatan həftə ərzində ipoteka müraciətləri əvvəlki həftəyə nəzərən 1,7 faiz azalıb.

ABŞ-da 30 illik ipoteka üzrə orta faiz dərəcəsi 6,94 faizdən 7,16 faizə qalxıb. Bununla da, sözügedən faiz dərəcəsi 2001-ci ilin maksimumuna yüksəlib.

Eyni dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi isə 6,09%-dən 6,39%-ə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ölkədə ipoteka faizləri artıq ardıcıl onuncu həftədir ki, qalxmaqdadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et