Bu ölkədə avtomobil satışları ötən 23 ilin ən aşağı səviyyəsinə endi | Banco.az

Bu ölkədə avtomobil satışları ötən 23 ilin ən aşağı səviyyəsinə endi

Tamara Mustafayeva, Banco.az

Pandemiyanın əvvəlindən bəri kiçilməyə doğru gedən İngiltərə avtomobil bazarı iyul ayında ötən illərin ən aşağı səviyyəsinə çatıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, iyul ayında satışların 30% azaldığı İngiltərədə 122 min ədəd avtomobil satışı həyata keçirilib ki, bu rəqəm 1998-ci ildən bəri müşahidə edilən ən aşağı göstəricidir.

Mühərrikli Nəqliyyat vasitələrinin İstehsalı və Satışı ilə məşğul olan Müəssisələr Birliyi (SMMT) tərəfindən açıqlanan məlumata görə, bu nəticələrə pandemiya ərzində istehlakçıların evlərində daha çox vaxt keçirməsi böyük təsir göstərib. SMMT həmçinin ilin sonu üçün proqnozlarını da yeniləyərək 1,82 milyon ədəd avtomobil satışı gözlədiklərini bildirib.

Qeyd edək ki, SMMT ölkədəki avtomobil satışlarının II Dünya Müharibəsindən sonra ilk dəfə 2020-ci ildə 30% azaldığını açıqlamışdı. Ötən il ölkədə satılan avtomobil sayı 1,63 milyon ədəd qeydə alınmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et