Bu ölkə yeni sərnişin təyyarələrinə böyük məbləğdə pul xərcləyəcək | Banco.az

Bu ölkə yeni sərnişin təyyarələrinə böyük məbləğdə pul xərcləyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin 17 milyard dollara “Airbus”dan 140 sərnişin təyyarəsi almağa hazırlaşır.

Banco.az xəbər verir ki, Çin Aviasiya Avadanlıq Təchizat Şirkəti tərəfindən edilən açıqlamaya görə, Avropanın təyyarə istehsalçısı “Airbus” şirkəti ilə 132 ədəd A320 və 8 ədəd A350 tipli sərnişin təyyarəsi almaq üçün razılaşma əldə edilib.

Almaniya kansleri Olaf Şolzun cümə günü Pekinə səfəri zamanı imzalanan sazişin ümumi dəyəri isə 17 milyard dollar təşkil edir.

Qeyd edək ki, Çinin üç böyük dövlət aviaşirkətləri “AirChina”, “China Southern” və “China Eastern” iyul ayında “Airbus”dan ümumilikdə 292 təyyarə alışına öhdəlik götürmüşdü ki, sözügedən müqavilə bu çərçivədə olan bəzi sifarişləri də ehtiva edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et