Bu ilin ən çox satılan elektrikli avtomobilləri - SİYAHI | Banco.az

Bu ilin ən çox satılan elektrikli avtomobilləri - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

Elektrikli avtomobil satışları artaraq 2023-cü ildə qlobal avtomobil satışlarının 18%-nə çatıb.

Rəqiblər daha sərfəli seçimlər və yeni performans xüsusiyyətləri gətirdikcə, müştərilər elektromobillərə üz tutut və bazar böyüməyə davam edir.

Banco.az xəbər verir ki, "Visual Capitalist" 2023-cü ilin avqust ayına olan məlumatlar əsasında dünya üzrə ən çox satılan elektromobillərin siyahısını tərtib edib. 

2023-cü ilin yanvar-avqust aylarında dünyanın ən çox satılan tam elektrikli avtomobilləri bunlar olub:

  • Tesla Model Y (ABŞ) - 772,364
  • Tesla Model 3 (ABŞ) - 364,403
  • BYD Atto 3 / Yuan Plus (Çin) - 265,688
  • BYD Dolphin (Çin) - 222,825
  • GAC Aion S (Çin) - 160,693
  • Wuling HongGuang Mini EV (Çin ) - 153,399
  • GAC Aion Y (Çin) - 136,619
  • VW ID.4 (Almaniya) - 120,154
  • BYD Seagull (Çin ) - 95,202

Qeyd edək ki, ABŞ-ın investisiya bankı "Goldman Sachs" artan xərc səmərəliliyi və dəyişən istehlakçı davranışı nəzərə alınmaqla, elektromobil satışlarının 2035-ci ilə qədər qlobal miqyasda yeni avtomobil satışlarının yarısını təşkil edəcəyi proqnozlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et