"Bu ilin 9 ayında banklarımızın toplam mənfəəti artıq 1 milyard manata yaxınlaşıb" | Banco.az

"Bu ilin 9 ayında banklarımızın toplam mənfəəti artıq 1 milyard manata yaxınlaşıb"

Cari ilin 9 ayında əhalinin banklarda əmanəti 27% artaraq 11 milyard manata yaxınlaşıb.

Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, əhalinin dollarlaşma səviyyəsi qeyd olunan dövrdə 39,2% təşkil edib.

“Bu da ötən dövr ərzində 4,4%, bütövlükdə isə bizim depozit bazamızda olan dollarlaşma əmsalından isə 10 bənd aşağı göstəriciyə çatıb. Bankların balans kapitalı 10% artaraq 5,3 milyard manata çatıb. Bu ilin 9 ayında banklarımızın toplam mənfəəti artıq 1 milyard manata yaxınlaşıb, xalis mənfəəti isə 683 milyon manata çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35%-dən artıqdır”, - deyə Z.Nuriyev əlavə edib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et