Bu il səfər ediləcək ən ucuz Avropa ölkələri açıqlanıb | Banco.az

Bu il səfər ediləcək ən ucuz Avropa ölkələri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu il səfər edilə biləcək ən ucuz Avropa ölkələrinin adları bəlli olub.

Banco.az xəbər verir ki, inflyasiya iqtisadiyyatın bütün aspektlərinə təsir göstərməyə davam etdiyindən büdcəyə uyğun səfər planlaşdırmaq çətin ola bilər. Odur ki, bu il Avropaya üz tutmağı düşünürsünüzsə, aşağıdakı siyahı ilə tanış olmağınız məsləhətdir.

Səfər üçün ən ucuz Avropa ölkələri

  • Macarıstan

  • Portuqaliya

  • Sloveniya

  • Bolqarıstan

  • Rumıniya

  • Slovakiya

  • Moldova

Macarıstan

Mərkəzi Avropada yerləşən Macarıstan, şübhəsiz ki, ziyarət üçün ən ucuz Avropa ölkələrindən biridir.

Qonaqlama xərcləri – Bir qayda olaraq, qonaqlama xidməti göstərən müəssisələr şəhər mərkəzlərinə nə qədər yaxın olsa, bir o qədər baha olur. Odur ki, paytaxt Budapeştdə 3-4 ulduzlu bir oteldə bir otaq üçün gecəlik 60-90 dollar ödəməyi nəzərdə tutun. Ancaq, əlbəttə ki, daha ucuz variantlar var. Məsələn, yataqxanaların bir gecəsi təxminən 16 dollara başa gələcək.

Nəqliyyat xərcləri - İctimai nəqliyyat ən sərfəli seçimdir. Aylıq avtobus bileti 24 dollardır.

Qidalanma xərcləri - Bahalı və ya orta səviyyəli restorana getməyinizdən asılı olsa da, Macarıstanda yemək və içki xərcləri Avropanın digər yerlərindən əhəmiyyətli dərəcədə ucuzdur. Bir nəfər üçün yeməyin qiyməti 5,49 dollara, iki nəfərlik daha gözəl şam yeməyi isə 25,04 dollara başa gələ bilər.

Portuqaliya

Füsunkar hava və heyrətamiz çimərliklərdən həzz almaq, eyni zamanda pula qənaət etmək istəyirsinizsə, başqa yerə getməyin.

Qonaqlama xərcləri  – Ziyarətçilər 3 ulduzlu otellərdə gecəlik 11 dollara ikinəfərlik otaq tapa bilərlər. 4 və daha çox ulduzlu otellər üçün isə minimum 51 dollar ödəməlisiniz.

Nəqliyyat xərcləri - Aylıq bilet 41 dollar, birtərəfli bilet isə 1,60 dollardır.

Qidalanma xərcləri  – Ucuz restoranda yemək 8 dollar, “McDonalds” və ya digər fast food restoranlarında yemək 6 dollardır. Bununla belə, pulunuza qənaət etmək istəyirsinizsə, turistik yerlərə yaxın restoranlar axtarmalısınız.

Sloveniya

Sloveniya hər bir səyahətçinin büdcəsinə uyğun möhtəşəm məkandır. Yaxınlıqdakı Avstriya, İtaliya və İsveçrə ilə müqayisədə Sloveniya daha ucuzdur və buna görə də getdikcə daha populyar turist destinasiyasına çevrilir.

Qonaqlama xərcləri  – Sloveniyada bir gün üçün orta hesabla  38-96 dollar arasında ödəməyi nəzərdə tutun. Hostel yataqxanaları adətən daha ucuzdur və burada qalmaq üçün bir gecəyə 11-15 dollar ödəməyiniz kifayətdir.

Nəqliyyat xərcləri - Əgər siz müntəzəm olaraq ictimai nəqliyyatdan istifadə edirsinizsə, daha uzun müddət etibarlı olan bilet almağı düşünə bilərsiniz. Aylıq avtobus bileti 15 dollardır. Həmişə kartınızı özünüzlə götürməyi unutmayın, çünki nəqliyyat vasitəsindən biletsiz istifadəyə görə cərimə tətbiq edilir.

Qidalanma xərcləri  – Sloveniyanın digər bir əlverişli cəhəti qidalanma qiymətləridir. Siz 12-15 dollara müxtəlif mətbəxlərdən seçim edə biləcəksiniz. Fast food isə hər yerdə təxminən eyni qiymətə başa gəlir, buna görə də daha az büdcəniz varsa, “McDonalds”da 6 dollara yemək ala bilərsiniz.

Bolqarıstan

Avropada kürək çantası ilə səyahət etməyi düşünürsünüzsə, Bolqarıstan ziyarət ediləcək yerlər siyahısında olmalıdır. Bura təkcə Avropanın ən ucuz ölkələrindən biri deyil, həm də ən maraqlılarından biridir. 

Ən sərfəli kredit üçün müraciət et

Qonaqlama xərcləri  – Gecəsi 14 dollardan çox olmayan bir yer tapa bilərsiniz. Daha gözəl yer istəyirsinizsə, 4+ otellərin qiyməti 36 dollardan başlayır.

Nəqliyyat xərcləri - Ölkənin əksər hissələri bir-birinə dəmir yolu və avtomobil şəbəkəsi ilə bağlıdır. Bolqarıstana gələnlər ya avtobuslar, ya da trolleybus şəbəkələri ilə gəzirlər. Aylıq ictimai nəqliyyat biletinin qiyməti isə 18,19 dollardır.

Qidalanma xərcləri  – Harada yeməyə qərar verməyinizdən asılı olmayaraq, ərzaq qiymətləri ümumiyyətlə yüksək deyil. İstənilən fast food məkanında əsas yemək üçün 8-15 dollar, sendviç üçün isə 5 dollar ödəyəcəksiniz.

Rumıniya

Gözəl yerlər və sərfəli qiymətə çoxlu fəaliyyətlər təklif edən başqa bir Avropa ölkəsi də Rumıniyadır. Turistlər buranın nə qədər ucuz olduğuna həm təəccüblənirlər, həm də sevinirlər.

Qonaqlama xərcləri  – Hostel yataqxanaları gecəlik cəmi 10 dollardan başlayır. Ziyarətçilər Rumıniyaya səfər edərkən qonaqpərvərliyə və keyfiyyətə heyran qalırlar.

Nəqliyyat xərcləri - Bir çox rumınlar ictimai nəqliyyat vasitəsi kimi qatarlardan, yüngül relslərdən və avtobus şəbəkələrindən istifadə edirlər. Bir avtobus gəzintisi sizə 0,30 dollara başa gələcək. Aylıq gediş haqqı 16,52 dollar təşkil edir.

Qidalanma xərcləri  – Buxarestdəki ucuz restoranda yemək 6,61 dollar, orta səviyyəli restoranda iki nəfərlik yemək isə 14,45 dollar olacaq. Yəni, təbii ki, qiymət baxımından həmişə getdiyiniz restoranın növü və şəhərin mərkəzində olub-olmaması əhəmiyyət kəsb edir.

Slovakiya

Slovakiya ziyarət edilməli ən ucuz Avropa ölkələrindən biridir və ola bilsin ki, bunun səbəbi hələ də çoxlu turistlər tərəfindən kəşf edilməməsidir.

Qonaqlama xərcləri  – Qiymətlər ümumiyyətlə çox münasibdir. Siz pulsuz Wi-Fi və bütün şəxsi imkanları olan müasir kondisionerli otaq da daxil olmaqla gecəsi 10 dollara gözəl yer tapa bilərsiniz. 30 dollara 4+ otel tapa bilərsiniz ki, bu da Avropa standartları ilə müqayisədə çox ucuz hesab olunur. Təbii ki, böyük şəhərlərdə və şəhər mərkəzlərində qiymətlər bir qədər yüksək olacaq.

Nəqliyyat xərcləri - Slovakiyanı gəzib-dolaşmağın ən asan və ucuz yolu avtobusdur. Yerli əhali isə qatar və tramvaylardan istifadə edir.

Qidalanma xərcləri  – Ucuz restoranda adi yemək 6 dollar, nisbətən bahalı restoranda iki nəfərlik yemək isə təxminən 30 dollar tutacaq.

Moldova

Moldova daha çox şərabları ilə tanınır, odur ki, şərab pərəstişkarısınızsa, bu yay yolunuzu mütləq Moldovadan salın.

Qonaqlama xərcləri  – Moldovada qiymətlər digər ölkələrlə, xüsusən də Qərbi Avropa ölkələri ilə müqayisədə nisbətən aşağıdır. Çünki gecəsi 5 dollara qalmağa yer tapa biləcəyiniz paytaxt şəhərləri elə də çox deyil. Daha rahat bir yer axtarırsınızsa, beşulduzlu otelin qiyməti 150 dollar, ikiulduzlu otelin qiyməti isə 30 dollar olacaq.

Nəqliyyat xərcləri - Qiymətlər adətən şəhərlərə görə dəyişir. Məsələn, bir ictimai nəqliyyat biletinin qiyməti Kişinyovda 0,41 dollar, Tiraspol və Bender kimi digər şəhərlərdə isə 0,48 dollardır.

Qidalanma xərcləri  – Moldova yeməklərinə gəlincə, əksər restoranlarda yeməklər 10 dollardan aşağıdır. Dünyanın ən yaxşılarından biri olan yerli dəmlənmiş şərabın bir şüşəsi isə təxminən 12 dollardır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et