Bu il dünya miqyasında şirkətlərin müflisləşməsi 21 faiz artacaq | Banco.az

Bu il dünya miqyasında şirkətlərin müflisləşməsi 21 faiz artacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kommersiya debitor borclarının sığortası sahəsində fəaliyyət göstərən “Allianz Trade” şirkətinin “Qlobal İflas Hesabatı” dərc edilib.

Banco.az xəbər verir ki, sözügedən hesabatda qlobal müflisləşmə halının 2023-cü ildə 21 faiz, 2024-cü ildə isə 4 faiz artacağı qeyd olunub.

Hesabatda vurğulanıb ki, Allianz Trade Qlobal İflas İndeksi növbəti bir neçə il ərzində yüksəlməyə davam edəcək.

Artım bütün ölkələrdə yüksələn tendensiya ilə müşayiət olunacaq və ən böyük artım 41 faizlə Fransada, 49 faizlə ABŞ-da, 52 faizlə isə Hollandiyada baş tutacaq.

2021 və 2023-cü illər arasında müflisləşmələrdə güclü artım müşahidə edilən və/və ya tarixi zirvədən qayıdan ölkələr 2024-cü ildə iflasların sabitləşməyə yaxın olduğu və ya artıq azalmağa doğru getdiyi ilk ölkələr qrupu olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et