Bu iki bank birləşmə müqaviləsini ləğv edib | Banco.az

Bu iki bank birləşmə müqaviləsini ləğv edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“First Horizon” və “TD Bank” birləşmə sövdələşmələrini ləğv edib.

Banco.az xəbər verir ki, ABŞ-ın Tennessi ştatında fəaliyyət göstərən “First Horizon” və Kanadanın “TD Bank”ı ötən il elan etdikləri birləşmə müqaviləsinin ləğvinə qarşılıqlı olaraq xitam verdiklərini açıqlayıblar.

İki bankın birgə bəyanatında sözügedən birləşmə müqaviləsinin ötən ilin fevralında imzalandığı xatırladılıb.

Bəyanatda qeyd edilib ki, “TD Bank” “First Horizon” bankı ilə əlaqəli olmayan səbəblərə görə tənzimləyici təsdiqlər üçün cədvələ malik deyil və bu razılıqların nə vaxt alınacağı və ya ümumən alınıb-alınmayacağına dair qeyri-müəyyənliklər səbəbindən birləşmə müqaviləsini ləğv etmək barədə qarşılıqlı razılıq əldə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “First Horizon”un səhmləri Kanadanın “TD Bank”ı ilə birləşmə müqaviləsinin ləğv edildiyinə dair elanın yayımlanmasından sonra təxminən 40 faiz dəyər itirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et