Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq | Banco.az

Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Bu gün Türkiyə Mərkəzi Bankının (TCMB) İyun ayı yığıncağı keçiriləcək.

Bankın İdarə Heyətinin yığıncaqda əsas pul siyasəti faizini (bir həftəlik repo faiz) 8,25%-dən 8,00%-ə azaldacağı proqnozlaşdırılır.

Türkiyə Mərkəzi Bankının faiz qərarı Bakı vaxtı ilə saat 15:00-da ictimaiyyətə açıqlanacaqdır.

Türk lirəsindəki güclənmə və inflyasiya proqnozlarının aşağı salınması Mərkəzi Bankın faiz endiriminə davam edəcəyi gözləntisini dəstəkləyir.

Türkiyə Mərkəzi Bankı May yığıncağında faizi 0,50 bənd azaldaraq 8,75%-dən 8,25%-ə endirmişdir. Türkiyə Mərkəzi Bankı ardıcıl 9 yığıncaqda faiz endirib.

marja

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et