Bu bank İspaniyanın bərpa olunan enerji bazarına daxil olur | Banco.az

Bu bank İspaniyanın bərpa olunan enerji bazarına daxil olur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç Suveren Sərvət Fondu İspaniyanın bərpa olunan enerji bazarına daxil olur

Banco.az xəbər verir ki, dünyanın ən böyük sərvət fondunu idarə edən “Norges Bank” İspaniyanın Iberdrola firmasının ölkədəki bərpa olunan enerji portfelinin 49 faizini satın aldığını və bunun üçün 600 milyon avro ödəniləcəyini bildirib.

Bu barədə bankdan bəyanat yayılıb.

Bəyanatda qeyd olunub ki, sözügedən portfel 1,3 giqavat quraşdırılmış günəş elektrik stansiyaları və quruda yerləşən külək elektrik stansiyalarından ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

16 yanvar tarixində imzalanan müqavilənin ilin birinci rübündə tamamlanacağı vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et