Bu bank Çinin artım proqnozunu aşağı salıb | Banco.az

Bu bank Çinin artım proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Barclays” Çinin iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib.

Banco.az xəbər verir ki, gələn il ABŞ və Avropada resessiya gözləyən “Barclays” iqtisadçıları Çinin 2023-cü il üzrə artım proqnozunu aşağı salıblar.

Mərkəzi ofisi Londonda yerləşən İngiltərənin transmilli universal bankı “Barclays” Çin iqtisadiyyatının gələn il üzrə sentyabr ayında qeyd etdiyi 4,5 faizlik artım proqnozunu 3,8 faizə endirib. Bu yeni qərarın əsas səbəbi kimi isə Çin mallarına qlobal tələbin azalacağına dair proqnozlar göstərilib.

Bankın Honkonqdakı iqtisadçıları Jian Chang və Yingke Zhou Çinin ixracatının gələn il 2-5 faiz azala biləcəyini bildiriblər. Əvvəlki proqnoz isə 1 faiz artım istiqamətində verilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

“Görünür, xarici şirkətlər Çin əvəzinə Vyetnam, Malayziya, Banqladeş və Hindistan kimi digər Asiya ölkələrinə yönəliblər”, deyən iqtisadçılar bu il Çinin qlobal ixracatdakı payının azaldığını qeyd ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et