Bu avtomobil nəhəngi II rübdə rekord məbləğdə mənfəət əldə etdi | Banco.az

Bu avtomobil nəhəngi II rübdə rekord məbləğdə mənfəət əldə etdi

Tamara Mustafayeva, Banco.az

"Toyota" ilin II rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Yaponiyanın ən böyük avtomobil istehsalçısı "Toyota" şirkəti II rübün üç aylıq dövründə 9.15 milyard dollar (997.49 milyard yen) həcmində mənfəət əldə etməklə rekorda imza atıb.

"Toyota Motor" pandemiya dövründə avtomobil satışlarının yenidən yaxşılaşması və qlobal çip böhranını bir çox firmaya nəzərən daha yaxşı keçirməsi səbəbindən ilin II rübündə bu vaxta qədərki ən yüksək mənfəətini əldə etdiyini açıqlayıb. Qeyd edək ki, şirkətin 30 iyun tarixində başa çatan sözügedən üç aylıq dövrdəki mənfəəti bazar analitiklərinin proqnozlarını üstələyib.

Yapon avtomobil istehsalçısı "Covid-19"la yoluxma sayının inkişaf etməkdə olan ölkələrdə yayılması, mövcud çip böhranı və avtomobil ehtiyat hissələrinin yüksək qiyməti səbəbilə may ayında cari maliyyə ili üzrə açıqladığı 2.5 trilyon yen (təqribən 23 milyard dollar) dəyərindəki mənfəət proqnozunu hələ də saxlayır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et