Bu aparıcı bank III rübdə 1,2 milyard avro mənfəət əldə edib | Banco.az

Bu aparıcı bank III rübdə 1,2 milyard avro mənfəət əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Deutsche Bank" enerji böhranına baxmayaraq III rübdə 1,2 milyard avro qazanc əldə edib.

Banco.az xəbər verir ki, Almaniyanın ən böyük banklarından biri olan "Deutsche Bank" enerji böhranı və ölkə iqtisadiyyatında tənəzzül təhlükəsinin hökm sürməsinə baxmayaraq, ilin III rübündə xalis mənfəətini 4 dəfə artıraraq 1,2 milyard avroya çatdırıb.

Bazar proqnozu isə bankın sözügedən dövrdə 835 milyon avro mənfəət əldə edəcəyinə işarə edirdi.

Ötən ilin eyni dövründə 194 milyon avro mənfəət açıqlayan bank hazırda xalis mənfəətini 4 dəfə artırıb. Maraqlıdır ki, bank illərlə davam edən itki və cərimələrdən sonra ardıcıl 9 rübdə də  mənfəət açıqlayıb.

"Deutsche Bank"ın bu ilin III rübündə xalis gəliri də ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artımla 6,9 milyard avro olub. Bankın korporativ müştərilərdən gəlirləri 25 faiz, fərdi müştərilərdən gəlirləri isə 13 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et