Bu adalara köçənlərə 92 min dollar verəcəklər | Banco.az

Bu adalara köçənlərə 92 min dollar verəcəklər

Müəllif: Tamara Mustafayeva, Banco.az

İnis Morun da daxil olduğu 20-dən çox adaya köçənlərə 92 min dollara qədər mükafat veriləcək.

Banco.az xəbər verir ki, İrlandiya qərb sahillərindəki 20-dən çox adanı, o cümlədən Hollivud istehsalı olan "İnişerin Banşiləri" filmində yer alan İnis Mor adasını dirçəltmək planını açıqlayıb.

Bu təşviq proqramı İrlandiya hökumətinin “Bizim Yaşayan Adalarımız” siyasətinin bir hissəsidir və daha çox insanı ölkənin dəniz icmalarına köçməyə inandırmaq cəhdi kimi qiymətləndirilir. Plan ümumilikdə materikə körpülərlə birləşdirilməyən 23 adanı əhatə edir.

Mükafat şəklində verilən məbləğ xüsusi olaraq boş və qəzalı vəziyyətdə olan əmlakların bərpasına kömək etmək məqsədi daşıyır.

Qeyd edək ki, mükafatın verilməsi üçün qaydalara görə, evlər 1993-cü ildən əvvəl tikilməli və ən azı iki ildir ki, boş olmalıdır. Veriləcək məbləğ həm də izolyasiya, təmir və struktur yaxşılaşdırılması kimi sahələrə sərf olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sözügedən plan rəsmi olaraq iyulun 1-dən qüvvəyə minir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et