Britaniyada inflyasiyanın artım sürəti zəifləyib | Banco.az

Britaniyada inflyasiyanın artım sürəti zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada inflyasiyanın artım sürəti zəifləsə də, hələ də ikirəqəmli həddə qalıb.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın Statistika İdarəsinin məlumatına görə, dekabrda illik inflyasiya 10,5 faizə düşüb. 

Proses bu vaxta qədərki ən kəskin yaşayış xərci böhranının səngiməyə başladığını göstərir.

İnflyasiyanın sürətinin zəifləməsinə yanacaq və geyim qiymətlərinin ucuzlaşması təsir göstərib ki, sözügedən dövrdə qida, restoran və otel qiymətlərində artım müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Baza inflyasiyası isə dəyişməyərək illik 6,3 faiz səviyyəsində qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et