Britaniya iqtisadiyyatı tənəzzüldən xilas olub | Banco.az

Britaniya iqtisadiyyatı tənəzzüldən xilas olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniya iqtisadiyyatı ötən ilin son rübündə 0,1 faiz artımla tənəzzüldən xilas olub.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatlarına görə, tikinti, istehsal və telekommunikasiya sektorlarında aktivlik artımın aparıcı qüvvəsi olub.

Ölkədə bir çox sektora yayılan tətil dalğası, yüksək inflyasiya və yaşayış minimumu böhranı səbəbindən tənəzzülə uğraması gözlənilən iqtisadiyyat ötən ilin son rübündə 0,1 faiz artıma nail olmaqla tənəzzül ehtimalından xilas olub.

İstehlakçı Qiymətləri İndeksi (CPI) fevral ayında illik 10,4 faiz artaraq gözləntiləri üstələyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et