Brent markalı neftin qiyməti rekord vurdu | Banco.az

Brent markalı neftin qiyməti rekord vurdu

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni günə bahalaşma ilə başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, Brent markalı neftin qiyməti birjaların getdikcə daha çox sıxlaşması və ümumi yüksəliş dinamikası fonunda öz rekordunu yeniləyərək ötən iki ilin maksimumuna yüksəlib.

ABŞ xam neftinin (WTI) iyul fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) nisbətən bahalaşmaqla hazırda bir bareli 73.63 dollara icra edilir.

Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında 0,4% bahalaşaraq bir bareli 75.23 dollar səviyyəsinə qalxdıqdan sonra yenidən 75 dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et