“Brent” markalı neft 90 dollaradək bahalaşa bilər" | Banco.az

“Brent” markalı neft 90 dollaradək bahalaşa bilər"

 İrandan neft ixracının gündə 1 mln. bareldən daha artıq azalması “Brent” markalı neftin bir barelinin qiymətini 90 dollaradək bahalaşdıra bilər.

Bu barədə Sinqapurun “JTD Energy Services” şirkətinin baş təhlilçisi Con Driskol məlumat verib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı artırmaq niyyətində olmaması, həmçinin Venesuela və Liviyanın hasilatı azaltması dünya neft bazarındakı vəziyyətə mənfi təsir göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Daha əvvəl "JPMorgan Chase"in ekspertləri yaxın 6 ay üçün “Brent” markalı neftin bir barelini orta hesabla 85 dollar, WTI markalı neftin bir barelini isə 76 dollar həddində proqnozlaşdırmışdılar.

marja.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et