Braziliya Mərkəzi Bankı da faiz qərarını elan edib | Banco.az

Braziliya Mərkəzi Bankı da faiz qərarını elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Braziliya Mərkəzi Bankı (BCB) gözlənildiyi kimi uçot dərəcəsini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, Braziliya Mərkəzi Bankı (BCB) iqtisadçıların da proqnozlaşdırdığı kimi etalon faiz dərəcəsini dəyişməyərək göstərici hesab edilən Selic faiz dərəcəsini 13,75 faiz səviyyəsində saxlayıb.

Xatırladaq ki, Braziliya Mərkəzi Bankı ardıcıl 12 iclasın yekununda ümumilikdə 1175 baza bəndi artırdığı faiz qərarında 2022-ci ilin sentyabr iclasında bu tendensiyaya fasilə verib. Mərkəzi Bank ötən 5 iclas boyunca uçot dərəcəsini dəyişməz saxlayıb.

Bankın İdarə Heyəti bəyanatında bildirib ki, inflyasiya ilə mübarizə intensivləşənə və inflyasiya proqnozları hədəf səviyyəyə çatana qədər bu tendensiya ilə davam edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et