BORCLARINIZI NECƏ AZALDA BİLƏRSİZ? | Banco.az

BORCLARINIZI NECƏ AZALDA BİLƏRSİZ?

“Kaşki əlimdə sehirli bir dəyənək olsaydı və göz qırpımında borclarımdan qurtula bilsəydim” deməyin. Bunun əvəzinə planlı və qənaətlə hərəkət edin ,o zaman qısa bir müddətdə borclarınızı ödəyə bilərsiz:

Çalışın miqdarı daha da artırmayın:

Borclardan qurtulmağın ən vacib yolu miqdarı daha da çoxaltmamaqdır. Məcburi xərc olmadığı müddətcə çalışın özünüzə əlavə xərclər yaratmayın.

Borclarınızı siyahıya alın:

Bütün borclarınızı bir-bir yazın. Hara,nə vaxt,nə qədər ödəməlisiz. Və xərclərdən nələrə qənaət ederək borclarınızı azalda bilərsiz.

Nağd pul gəlirini artırmaq üçün yollar fikirləşin:

Aylıq maaş bəs etmir və işin içindən çıxa bilmirsizsə pessimistliyə qapılmayın. Əlavə gəlir qaynaqları yaratmağın yollarını fikirləşin.  Nağd pula çevirə biləcəyiniz nələr var,hamısını bir-bir yazın. Və daha yaxşı gəlir qazandıracaq işlər axtarın.

Ən sərfəli kredit üçün müraciət et

Kənara əlavə pul atın:

Bunu elediyiniz təqdirdə təcili pul tələb edən vəziyyətlərdə çətinlik çəkməzsiz. Hətta borc almağınıza ehtiyac belə qalmaz.

Borclarınızı sıralayın:

Siyahı tutarkən borcları ən azdan ən çoxa doğru sıralayın. Az-az ödədikcə borcların azaldığını görüb əhvalınız da yaxşılaşacaq.

Xərcləri minimuma endirin:

Deyəcəksiz ki,bunu demək asandı amma əməl etsəz görəcəksiz ki,bu heç də mümkünsüz deyil. “Bu keçici bir vaxt üçündür” deyib günlük alışqanlıqlarınızdan müəyyən qədər vazkeçməyə çalışın. Məsəlçün, ehtiyacınız yoxdursa yeni heyim almayın,köhnələrlə idarə etməyə çalışın. Çöldə vaxt keçirmək əvəzinə isə evdə özünüzə məşğuliyyət tapın. Qənaət ən yaxşı üsuldur. 

Aytən Hacımuradova

Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç