Biznesə necə başlamaq lazımdır? - 6 addımda izah | Banco.az

Biznesə necə başlamaq lazımdır? - 6 addımda izah

Müəllif: Gülnar Əhmədli, Banco.az

Biznesə başlamaq üçün bütün risklərə hazır olmaq lazımdır. Artıq biznes fəaliyyətinə başlamağa qərar vermisinizsə, planlaşdırmağı, əsas maliyyə qərarlarını qəbul etməyi və bir sıra hüquqi fəaliyyətləri tamamlamalısınız.

Banco.az olaraq bu məqalədə biznesə başlamaq istəyənlər üçün bir neçə addımda faydalı ola biləcək məlumatları bir yerə yığmışıq.

Bazar araşdırması aparın

Biznes fəaliyyətinə başlamazdan öncə ilk olaraq bazar araşdırması aparmaq lazımdır. Bu, ideyanızı uğurlu biznesə çevirmək imkanının olub-olmadığını sizə xəbər verəcək. Eyni zamanda, bazar araşdırması ərazinizdə artıq fəaliyyət göstərən potensial müştərilər və bizneslər haqqında məlumat toplamaq üçün bir üsuldur. Biznesiniz üçün rəqabət üstünlüyü tapmaq məqsədilə bu üsuldan istifadə etmək lazımdır.  Daha yaxşı nəticə əldə etmək üçün aşağıdakı suallara cavab taparaq yola başlaya bilərsiniz.

Sizin məhsulunuz və ya xidmətinizə bazarda tələb hansı səviyyədədir? Təklifinizlə nə qədər insan maraqlanacaq? Məkan müştəriləriniz üçün əlverişlidirmi və biznesiniz hara çata bilər? İstehlakçılar üçün nə qədər bənzər seçim mövcuddur? Potensial müştərilər bu alternativlərə nə qədər ödəyirlər?

Bu suallara cavab tapdıqdan sonra ikinci addıma keçid edə bilərsiniz.

Biznes planınızı yazın

Biznes planınız biznesinizin təməlidir. Bu, yeni biznesinizi necə strukturlaşdırmaq, idarə etmək və inkişaf etdirməklə bağlı yol xəritəsidir. Biznes planları sizə maliyyə vəsaiti əldə etməyə və ya yeni tərəfdaşlar cəlb etməyə kömək edə bilər. İnvestorlar investisiyalarının qarşılığını görəcəklərinə əmin olmaq istəyirlər. Biznes planınız insanları sizinlə işləməyin və ya şirkətinizə investisiya etməyin düzgün seçim olduğuna inandırmaqda istifadə edəcəyiniz bir alətdir.

Biznesinizi maliyyələşdirin

Biznes planınız sizə işinizi başlamaq üçün nə qədər pul lazım olduğunu anlamağa kömək edəcək. Əgər əlinizdə bu məbləğ yoxdursa, kapitalı ya artırmalı, ya da borc götürməlisiniz.

Hər bir biznesin fərqli planı var və bütün maliyyə həlləri hamıya uyğun olmaya bilər. Buna görə də şəxsi maliyyə vəziyyətiniz və biznesinizə baxışınız biznesinizin maliyyə gələcəyini formalaşdıracaq.

Əgər kifayət qədər vəsaitiniz yoxdursa, aşağıda qeyd edilən bəndlərdən birini yoxlaya bilərsiniz.

1. Dostlardan, yaxınlardan maliyyə yardımı istəyin.

2. İnvestorlardan vençur kapitalı alın (İnvestorlar sizə vençur kapitalı şəklində biznesinizə başlamaq üçün maliyyə verə bilərlər. Müəssisə kapitalı adətən şirkətdə mülkiyyət payı və aktiv rol müqabilində təklif olunur).

3. Bankların təqdim etdiyi kiçik biznes kreditlərindən yararlanın.

Ən sərfəli kredit üçün müraciət et

Biznes yerinizi seçin

Biznesinizin yerləşdiyi yer alacağınız ən vacib qərarlardan biridir. Məkan seçimiz vergilərinizə, qanuni tələblərinizə və gəlirlərinizə təsir edir.

Biznesinizi yerləşdirmək üçün seçdiyiniz məkanda biznesinizi qeydiyyatdan keçirməli,  vergiləri ödəməli, lisenziyalar və icazələr almalısınız. Bu məqsədlə müxtəlif dövlət qurumlarının xərclərini, icazələrini və məhdudiyyətlərini nəzərə almalısınız.

Başlanğıc xərclərinizi hesablayarkən yerləşdiyiniz yerdən asılı olaraq müxtəlif xərclərin artıb, yaxud azala biləcəyini diqqətdə saxlamaq lazımdır. Dəyişə bilən xərclərə maaşlar,  əmlakın dəyəri, icarə qiymətləri, sığorta qiymətləri, kommunal xidmətlər,  dövlət lisenziyaları və rüsumlar daxildir.

Biznesiniz üçün ad seçin

Mükəmməl adı seçmək asan deyil. Bunun üçün araşdırma aparmaq və daha əvvəl eyni addan istifadə edilib-edilmədiyinə əmin olmaq lazımdır. Ad seçərkən diqqətli olmaqda fayda var, çünki adınız təklif etdiyiniz mal və xidmət növləri ilə ziddiyyət təşkil etməməlidir.

Qeydiyyatdan keçin

Biznesi ətraflı planlaşdırdıqdan sonra sahibkarlıq fəaliyyətinə başlamazdan əvvəl siz ilk növbədə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməlisiniz.  

Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə fərdi sahibkar kimi və ya hüquqi şəxs yaradaraq məşğul ola bilər.

Fərdi olaraq davam edirsinizsə, bu zaman xüsusi mülkiyyətə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinizə götürmüş olursunuz.

Hüquqi şəxs yaratmaqla biznes fəaliyyətinə başlayırsınızsa, qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçməli, mülkiyyətinizdə ayrıca əmlak olmalı, öz öhdəlikləriniz üçün bu əmlakla cavabdehlik daşımalı, öz adınızdan əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh qismində iştirak etmək hüququna malik olmalısınız.  

Eyni zamanda, biznesiniz ölkə qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərməlidir. Lazım olan lisenziyaları və icazələri almaq lazımdır. Bəzi lisenziyaların və icazələrin müddəti müəyyən bir vaxtdan sonra bitir. Onları nə vaxt yeniləməli olduğunuzu diqqətdə saxlamaq önəmlidir.   

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et