Bizi məhsulları almağa sövq edən 4 psixoloji üsul | Banco.az

Bizi məhsulları almağa sövq edən 4 psixoloji üsul

Müəllif: Tamara Mustafayeva, Banco.az

Psixologiya elmindən faydalanan onlarla sahə içərisində yer alan reklamçılıq sektoru hər hansı bir məhsulu satın almağımız üçün şüuraltımızla xüsusi bir əlaqə yaradır və qərar verməyimizə təsir göstərir. Bu isə öz növbəsində fərqində olmadan mağazalara və internet saytlarına daxil olaraq pul xərcləməyimizə yol açır.

Alış-veriş zamanı nəzarətin sizin əlinizdə olduğunu düşünürsünüzsə, reklamlarda istifadə edilən psixoloji satın aldırma taktikaları sizi bir az təəccübləndirə bilər.

1. İnsan üzünə sahib əşyalar

Reklamda yer alan bir məhsulun insan simasına bənzədilməsi və ya insana xas xüsusiyyətlərin əşyanın üzərinə köçürülməsi çox tez-tez istifadə edilən bir üsuldur.

Beynimiz insana bənzəyən əşyalara qarşı daha həssasdır və emosional olaraq daha tez təsirə düşür. Bu səbəbdən də reklamlarda tanıdılan məhsulların danışmasına, düşünməsinə, tamaşaçılara xitab etməsinə əksərən təsadüf edirik. Eyni təsir insan üzü efektləri əlavə edilərək qablaşdırma və paketlərdə də istifadə edilir.

Psixoloqların fikrinə görə, əksərən insan siması əks olunan əşyalarla empatiya qurur və onlara yönəlirik.

2. Etibarlı insan üzləri

Reklamlarda çəkilən insanlar adətən “etibar edilən” üz ifadəsinə sahib insanlardır. Buna reklamçılar yox, insan psixologiyası qərar verir.

İnsan beyni çatılmayan qaşları, səmimi gülümsəyən ağzı və əsasən qadın simalarını daha etibarlı hesab edir.

Ən sərfəli kredit üçün müraciət et

3. Müstəsnalıq hissi

“Son biletlər”, “son qalan əşyalar”, “məhdud sayda buraxılan məhsullar” ifadələri tez-tez istifadə edilir və bu da bizdə almağı düşündüyümüz məhsulun tezliklə tükənəcəyini, başqalarının ona sahib olacağı hissini yaradaraq rəqabəti artırır, yarışda irəliyə keçmək istəyini təşviq edir və nəticədə bizi ehtiyacımız olmayan məhsullara pul xərcləməyə vadar edir.

4. Sosial sübut

“İstifadə edənlərin 99%-i X məhsulunu tövsiyə edir” şəklində nümunələrdə reklamçıların müraciət etdiyi bir başqa üsul olan sosial sübutlar görülür.

Burada zehnimizdə məhsullarla bağlı “Hər kəs alırsa, mən də almalıyam”, “Bu qədər bəyinilirsə, çox keyfiyyəti olmalıdır” kimi mesajlar verilir. Nəticədə qısa müddət üçün “Mən də yeni çıxan iPhone modelini aldım!” xoşbəxtliyini yaşayırıq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et