Bitkoin 10 min dollara qədər ucuzlaşa bilər | Banco.az

Bitkoin 10 min dollara qədər ucuzlaşa bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bəzi analitiklər bitkoinin 10 min dollara qədər ucuzlaşma ehtimalı olduğunu qeyd edirlər.

Banco.az xəbər verir ki, bazar dəyəri baxımından əsas kriptovalyuta növü sayılan bitkoin dünən 2,1 faiz bahalaşmaqla 16 min 867 dollara çatıb. Bununla belə, “FTX” birjasının çökməsinin digərlərinə də təsir göstərmə ehtimalı ekspertlərin mənfi proqnozlar verməsinə səbəb olur. 

Belə ki, bəzi ekspertlər sektorda mövcud olan müflisləşmə dalğasının hələ başa çatmadığını və bitkoinin 10 min dollara qədər ucuzlaşa biləcəyini söyləyiblər.

Xatırladaq ki, bitkoin və ilk 100 tokenin bir çoxu bu il 60 faizdən çox dəyər itirib. Bu vəziyyət də bir çox kripto şirkətində maliyyə problemlərinə səbəb olub, eyni zamanda sektorda iflas dalğasının başlamasına gətirib çıxarıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et