Birinci rübdə ABB-nin aktivləri 14% artıb | Banco.az

Birinci rübdə ABB-nin aktivləri 14% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2024-cü ilin birinci rübünü 80 milyon 607 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 205 min manat artım deməkdir. 2023-cü ilin eyni dövründə bankın xalis mənfəəti 80 milyon 402 min manat olub.

Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründə ABB-nin aktivləri 13 milyard 189 milyon 302 min manata (illik müqayisədə 14% çox) bərabər olub.

Bankın kredit porfeli isə 5 milyard 341 milyon 495 min manat təşkil edib. Bu da 1 il əvvəllə müqayisədə 1 milyard 746 min 664 manat və ya 48,6% çoxdur. 

Qeyd edək ki, ABB-nin depozit porfeli cari ilin 1 aprel tarixinə 9 milyard 490 milyon 179 min manat təşkil edib. Bunun da 2 milyard 82 milyon 987 min manatı fiziki şəxslərin depozitləri, 7 milyard 407 milyon 192 min manatı isə hüquqi şəxslərin depozitləri olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et