Beynəlxalq turistlərin sayı pandemiyadan əvvəlki dövrə görə əsaslı şəkildə bərpa olunub | Banco.az

Beynəlxalq turistlərin sayı pandemiyadan əvvəlki dövrə görə əsaslı şəkildə bərpa olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya turizm bazarı pandemiyadan əvvəlki səviyyəsini bərpa etməyə davam edir.

Banco.az xəbər verir ki, mənzil-qərargahı İspaniyanın paytaxtı Madriddə yerləşən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNWTO) 2022-ci il üzrə turizm məlumatları hesabatını dərc edib.

Bu hesabata görə, 2022-ci ildə bütün dünya üzrə 900 milyondan çox insanın səyahət etdiyi, bunun bir il əvvəllə müqayisədə iki dəfə artdığı və Kovid-19 pandemiyasından əvvələ nəzərən turistlərin sayında 63 faiz bərpa olunma müşahidə edildiyi bəlli olub.

Pandemiyadan əvvəlki səviyyənin 83 faizini bərpa edən Yaxın Şərq isə dünya turizmində 2019-cu ilin nəticələrinə ən çox yaxınlaşan region kimi qeyd olunub.

Ötən il 585 milyon turist sayı ilə ən çox səyahətlərin reallaşdığı Avropa isə pandemiyadan əvvəlki göstəricilərin 80 faizini bərpa edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hesabatda 2023-cü ildə turizmə ən çox təsir edəcək amillərdən birinin qlobal iqtisadi böhran olacağı, turistlərin daha az xərcləməyə, daha qısa müddətli səyahətə və daha yaxın yerlərə səfərlərə üstünlük verəcəkləri vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et