Beynəlxalq Enerji Agentliyi Avropaya təcili təbii qaz çağırışı edib | Banco.az

Beynəlxalq Enerji Agentliyi Avropaya təcili təbii qaz çağırışı edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Enerji Agentliyi (BEA) qaz qıtlığı ilə bağlı Avropaya xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, Rusiya qazının tədarükündəki azalmaya  və Çində tələbatın artacağına dair gözləntilərə işarə edən Beynəlxalq Enerji Agentliyi (BEA) gələn il Avropada ehtimal edilən qaz qıtlığının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

Qeyd edilib ki, hətta tələbatın azalacağı və təbii qaz ehtiyatlarının yaranacağı 2023-cü ilin yayında belə Avropada 30 milyard kubmetrə qədər təbii qaz çatışmazlığı yarana bilər.

Qeyd edək ki, bu qışdan əvvəl ehtiyatlarını 95 faiz dolduran Avropa İttifaqı (Aİ) ötən beş ilin orta göstəricisindən 5 faiz və ya beş milyard kubmetr çox təbii qaz saxlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et