Beynəlxalq Bankın işi üzrə 55 şəxsin yoxlama materialları DİN-ə göndərib | Banco.az

Beynəlxalq Bankın işi üzrə 55 şəxsin yoxlama materialları DİN-ə göndərib

Azərbaycan Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən 2017-ci ilin I yarısında risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 5 rayon və şəhərə ayrılmış vəsaitlərin xərclənməsi yoxlanılıb. 

Nazirliyə istinadən xəbər verilir ki, yoxlamalar həmin rayon yaxud şəhərlərdə icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər üzrə ərazi nümayəndəliklərinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, həmçinin, 4 təhsil, 4 tibb, 1 meliorasiya və su təsərrüfatı müəssisəsinə, regional maliyyə müfəttişlikləri tərəfindən isə həmin müfəttişliklərin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini əhatə edib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə, habelə Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) məktubuna əsasən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı 50 hüquqi və 5 fiziki şəxs üzrə aparılmış nəzarət tədbirləri yekunlaşdırılıb. Bu zaman aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları aidiyyəti üzrə DİN-ə göndərilib, 2 hüquqi şəxs üzrə nəzarət tədbirləri hazırda davam etdirilir.

Qeyd edək ki, FED-in balansında topladığı istiqraz portfeli 2008-2009-cu illərin maliyyə böhranı illərində ölkəsinin maliyyə bazarlarına likvidlik dəstəyi vermək məqsədilə yaranıb. O zaman bu üsulla çətin vəziyyətdən çıxan FED, indi də sürətli iqtisadi artım və inflyasiyanın qarşısını zamanında almaq üçün balansını boşaltmağa hazırlaşır.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, FED-in balansı hazırda 4,5 trln. dollar təşkil edir. Bunun 2,5 trln. dolları dövlət istiqrazları, 1,8 trln. dolları isə ipoteka qiymətli kağızlarının payına düşür.

Ən sərfəli krediti almaq üçün müraciət et