Beynəlxalq Bank VISA kartları ilə ödənişlərin həcminə görə liderdir | Banco.az

Beynəlxalq Bank VISA kartları ilə ödənişlərin həcminə görə liderdir

Azərbaycan Beynəlxalq Bankı 2017-ci ilin ilk rübündə VISA ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcminə görə lider olub. Bu münasibətlə bank VISA International şirkətinin xüsusi sertifikatına layiq görülüb. Bank sektoru nümayəndələrinin, VISA-nın tərəfdaşlarının iştirakı ilə Bilgah Beach Hotelində keçirilən görüş-seminarda mükafat Azərbaycan Beynəlxalq Bankına təqdim olunub.

Xatlırladaq ki, Azərbaycan Beynəlxalq Bankı nağdsız ödəniş ənənələrini ilk dəfə ölkəmizə gətirən və bu ənənələrin daim inkişafına dəstək verən banklardandır. Aktiv ödəniş kartlarının sayı hazırda 1 milyon 300 mindən çox olan Bankın 760 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11650 POS terminalı müştərilərin istifadəsindədir.

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. “VISA PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz Azərbaycan Beynəlxalq Bankı tətbiq etməyə başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, “VISA International” şirkəti ilə müştərək şəkildə müştərilər üçün “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/  rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et