Beynəlxalq Bank-ın Müşahidə Şurasına yeni Sədr təyin olunub | Banco.az

Beynəlxalq Bank-ın Müşahidə Şurasına yeni Sədr təyin olunub

Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

Banka istinadən xəbər verilir ki, iclasa sədrlik edən maliyyə naziri Samir Şərifov bildirib ki, ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” ölkə prezidentinin 15 iyul 2015-ci il tarixli fərmanına uyğun olaraq bankın sağlamlaşdırılması və restrukturizasiyası proqramı praktik olaraq başa çatıb.

Nazirin sözlərinə görə, bildirmişdir ki, bankın 2017-ci il üzrə maliyyə nəticələri müsbətdir: “Şübhəsiz ki, bu müsbət nəticələrə dövlətin zəruri dəstəyi olmadan nail olmaq mümkün deyildi. ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutuna çevrilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilmiş, bankın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürmüş, bankın əmanətçilərinin, bankda xidmət olunan hüquqi şəxslərin və digər qeyri-rezidentlərin maraqlarını dövlət qorumuşdur. Bunun nəticəsidir ki, bankın kredit reytinqləri yüksəlməyə başlamışdır”.

Ən sərfəli kredit üçün müraciət et

Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Belə ki, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Bankın Müşahidə Şurasının sədri təyin olunub.

Xatırladaq ki, Ş.Mövsümov 1972-ci ildə anadan olub, 1995-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib, 2004-cü ildə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb, 1995-ci ildən Azərbaycan Mərkəzi Bankında müxtəlif rəhbər vəzifələrdə çalışıb,  2006-cı ilin mayından Azərbaycan Dövlət Neft Fondunun icraçı direktorudur.

Ən sərfəli krediti almaq üçün müraciət et