Benzin bolluğu neft qiymətlərini ucuzlaşdırdı | Banco.az

Benzin bolluğu neft qiymətlərini ucuzlaşdırdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni günə ucuzlaşma ilə başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ-da xam neft ehtiyatlarının azalmasına baxmayaraq benzin ehtiyatının artması səbəbindən yaranan narahatlıqlar fonunda 2018-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəsindən geriləyib.

ABŞ xam neftinin (WTI) iyul fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,7% ucuzlaşmaqla hazırda bir bareli 69.45 dollara icra edilir.

Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında 0,7% geriləyərək bir bareli 71.69 dollar səviyyəsinə enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et