Belə fakültələr eşitmişdiniz? Dünya universitetlərində tədris olunan 10 qəribə bölüm | Banco.az

Belə fakültələr eşitmişdiniz? Dünya universitetlərində tədris olunan 10 qəribə bölüm

Əslində ali təhsil çox böyük faktordur, bunu danmaq olmaz. Düzdür, tam razıyam universitet bitirib əlində qırmızı diplomla gəzən milyonlarla işsiz var. Lakin bu səbəb ali təhsilin önəmsiz rol oynadığı ilə birbaşa əlaqəli deyil. Yəni sözüm ondadır ki,  təhsil almaq hər sahədə  əsas  məsələdir. İş belə olunca dünyanın bir sıra universitetləri qəribə tədris bölümləri ilə tələbələri cəlb etməyə çalışır, yəqin razılaşarsınız elm bazarı da tələb və təklifə əsaslanır.  Banco.az kollektivi dünyada tədris olunan 10 qəribə sahəni sizlər üçün seçdi və yazdı. 

1) Məcəra tədrisi

Məcəra dedikdə hamının ağlına çizgi film qəhrəmanları gəlir, lakin burda bəhs edilən tam fərqlidir.  Ekstrem idman növləri ilə məşğul olmaq istəyənlər bu sahədə tədris alırlar. Yəni universitetdə oturub seminarlarda iştirak etmək yerinə, Plymouth universitetində  təbiətin qoynunda öz karyeralarını bu sahə üzrə qururlar. 

2) Komiks sənəti

Ölkəmizdə bu sahəyə maraq çox olsa da, gələcək karyerasın bu istiqamətdə davam etdirmək istəyənlər üçün heç bir vəsait tapmaq olmur.  ABŞ hər bir məsələdə dərdə dərman olmağa çalışdığı kimi, bu sahədə də tələbələri dəstəkləyərək Minneapolis Universitetində  sənəd və dizayn fakültəsində bu məşğuliyyəti də tədris etdirir. 

3) Beatless tarixi

60-cı illərin populyar musiqi qrupu olan The Beatles karyerasına başladığı Liverpool şəhərində  Beatles tarixi  adı ilə tələbələrə dərs keçirilir.  Universitetə gələnə qədər Beatles fanatı olan gənclər gələcəyin John Lennon’u, Ringo Star’ları, Paul McCartney’leri   olmaq üçün öz ixtisasını bu tədris bölməsi istiqamətində davam etdirir. 

4) Marixuana becərmə

Çox az adam bilir ki, marixuana təkcə narkotik kimi istifadə edilmir. Təbabətdə bu bitki xərçəng xəstəliyinə qarşı əsas vasitə kimi istifadə olunur. Kaliforniya’dakı Oaksterdam Universitetində də sırf bu yanlış anlaşılamaların qarşısını almaq üçün bu sahə tədris edilir.

5) Kuklaçılıq

The Muppets’ə baxanlar yəqin onun necə bir uğurlu kukla teatrı olduğunun şahidi olmuşdular. 1964’dən bəri Connecticut Universitetində bu sahəni tədrisi edilərək daha çox belə əsərlərin yaradılması üçün səy göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

6) Popular culture

Əslində bu bölmə ölkəmizdə şou-biznes kimi düşünülsə də xarici ölkələrdə medya sahəsində  öz karyerasını qurmaq istəyənlər üçün Bowling Green Dövlət Universitetində  tədris olunur.

7) Şərab istehsalı

Son illərdə ölkəmizdə də tədrisinə başlanılan bu sahə lap keçmiş dövrlərdən ABŞ-ın Cornell Universitetində tədris edilir.

8) Əyləncə sektoru mühəndisliyi və dizaynı

Qumarxana və Casino kimi yerlərdə öz karyerasını qurmaq istəyənlər üçün Nevada Las Vegasdakı universitetdə tədris olunur. Zatən belə bir sahənin Las Vegasdan başqa yerdə tədris olunması məntiqsiz olardı :)

9) Komediya: Mətn yazımı və tamaşası

Məntiqsiz görünə bilər, bəlkədə çoxu deyir ki güldürmək üçün tədris almağa nə gərək var? Amma səbəbini məndən yox, Kanadadakı Humber Universitetindən soruşsaz yaxşı olardı.

10) Motorlu idman növləri elmi və mühəndisliyi

Dünyanın ən çox pul xərclənən və ən riskli idman növü olan motorlu idman növləri üçün insanların ciddi təlimat almasına ehtiyac vardır.  İlk dəfə ABŞ-da şimalı Corolinada bu sahə üzrə dərslər verilməyə başlayır, marağın çox olduğunu (20 min insan bu sahədə tədris almaq istəyir)  görən ABŞ dövləti Winston-Salem Dövlət universitetində belə bir fakültə yaradır. 

Əslində bütün bu saydıqlarımız onu göstərir ki,  oxuyarkən bildiyimizi həyata əks etdirək və gəzərkən də öyrəndiklərimizi anlayaq :)

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et