BƏƏ Efiopiyada 500 meqavatlıq günəş elektrik stansiyası inşa edəcək | Banco.az

BƏƏ Efiopiyada 500 meqavatlıq günəş elektrik stansiyası inşa edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Efiopiya arasında enerji müqaviləsi imzalanıb.

Banco.az xəbər verir ki, bu razılaşma Efiopiyada 500 meqavat gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutur.

BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bu ölkədə rəsmi səfərdə olan Efiopiyanın Baş naziri Abiy Əhməd ilə paytaxt Əbu-Dabidəki Əl-Vətən sarayında görüş keçirib.

Görüş zamanı BƏƏ prezidenti Əl Nahyan və Efiopiyanın Baş naziri Əhmədin "ikitərəfli əlaqələri və bu əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə etdikləri" bildirilib.

BƏƏ ilə Efiopiya arasında imzalanan müqavilə çərçivəsində BƏƏ-nin bərpa olunan enerji şirkəti “Masdar”ın ilkin mərhələdə Efiopiyada 500 meqavatlıq günəş elektrik stansiyası qurması qərara alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et