"Beatles" qrupunun süni intellektlə bəstələnən mahnısı işıq üzü görəcək | Banco.az

"Beatles" qrupunun süni intellektlə bəstələnən mahnısı işıq üzü görəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Plastinkalardan kasetlərə, kasetlərdən CD və MP3-lərə qədər yol keçən və hazırda rəqəmsallaşan musiqi dünyası süni intellektlə yeni bir prosesə qədəm qoyub.

Banco.az xəbər verir ki, əfsanəvi ingilis musiqi qrupunun gitaraçısı və bəstəkarı ser Ceyms Pol Makkartni süni intellektdən istifadə edərək yeni mahnı bəstələdiyini və treki ilin son aylarında təqdim edəcəyini açıqlayıb.

Mahnıda köhnə demo yazıdan götürülmüş Con Lennonun vokalları yer alır və 1978-ci ildə John Lennonun Nyu-Yorkdakı qonaq otağından lentə yazılmış Lennon mahnısı olan “İndi və sonra” olduğu ehtimal edilir.

Musiqi sənayesində süni intellektin təkamülü ilə bağlı fikrini bildirən Makkartni belə deyir: “Bu, bir az qorxulu, lakin həyəcanvericidir. Yolun bizi hara aparacağını görməliyik.”

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et