Bayram tətilində tamaşa edə biləcəyiniz maraqlı filmlər | Banco.az

Bayram tətilində tamaşa edə biləcəyiniz maraqlı filmlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hər il səbirsizliklə gözlədiyimiz Novruz bayramına artıq bir neçə gün qalıb. Hər bayram olduğu kimi, bu ilki bayram da özü ilə birlikdə istirahət etməyimizə imkan yaradacaq bolluca asudə vaxt da gətirəcək. Baharın gəlişini, yazın ətrini duymağa başladığımız və yeni işlərə imza atmaq üçün motivasiya axtardığımız bu günlərdə bir-birindən maraqlı, ilhamverici və öyrədici filmlər izləmək məhz yerinə düşərdi.

Odur ki, gəlin birlikdə sizin üçün hazırladığımız film tövsiyələri ilə tanış olaq.

1. Good Will Hunting

Buraxılış ili: 1997

Ölkə: ABŞ

Janr: Psixoloji-dram

Uill universitetdə xidmətçi işləyən olduqca ağıllı cavan oğlandır. Ancaq dəfələrlə küçə davalarında adı hallanan Uill bu səbəbdən həbs edilmək üzrəykən köməyinə universitetin professorlarından biri olan Sin Makgire çatacaqdır.

2. The Boy Who Harnessed the Wind 

Buraxılış ili: 2019

Ölkə: Birləşmiş Krallıq, Malavi (Afrika)

Janr: Dram

Real hadisələrə əsaslanan bu film ailəsi ödənişi verə bilmədiyi üçün məktəbdən qovulan 13 yaşlı bir uşağın kitablardan öyrənərək külək dəyirmanı düzəltməsindən və bununla da yaşadığı kəndi aclıqdan xilas etməsindən bəhs edir.

3. Instant Family

Buraxılış ili: 2018

Ölkə: ABŞ

Janr: Komediya, dram

Evləndikləri gündən bəri övlad sahibi olmağı əsla düşünməyən cütlük illər sonra bu qərarlarını yenidən nəzərdən keçirir və “himayədar ailə” sistemi ilə övladlığa uşaq götürməyə qərar verirlər. Hər şey ilkin mərhələdə olduqca möhtəşəm və planlaşdırıldığı kimi gedir, ta ki, övladlığa götürülən 3 bacı-qardaş evə ayaq basanadək. Bəzən gülməli, bəzən təsirləndirici, əksərən də ruhlandırıcı sərgüzəştlərin fonunda cütlüyümüz təmənnasız sevməyi və ən çətin şəraitlərdə belə valideyn olmağı öyrənməlidir.

4. The Adam Project

Buraxılış ili: 2022

Ölkə: ABŞ

Janr: Macəra, elmi-fantastik

Zamanda səyahət edən döyüş pilotu Adam Rid gözlənilməz qəza enişindən sonra 2022-ci ilə qayıtmalı və gələcəyi xilas etmək missiyası üçün özünün 12 yaşlı halından kömək istəməli olur.

5. Purple Hearts

Buraxılış ili: 2022

Ölkə: ABŞ

Janr: Romantik-dram

Çoxlu fikir ayrılıqlarına baxmayaraq, yaşayış şərtləri ilə mübarizə aparan müğənni-bəstəkar Kessi və problemli dəniz piyadası Lüyk müqavilə əsasında bir-biri ilə evlənməyə razılaşırlar. Lakin faciə baş verəndə yalan və doğru arasındakı sərhəd bulanıqlaşmağa başlayır.

6. Look Both Ways

Ən sərfəli kredit üçün müraciət et

Buraxılış ili: 2022

Ölkə: ABŞ

Janr: Romantik-komediya

Kolleci bitirmə ərəfəsində Natalinin həyatı iki paralel reallığa ayrılır: birində hamilə qaldığı və Texasdakı evində analıq yolu ilə getməli olduğu, digəri isə karyerasını davam etdirmək üçün Los-Ancelesə köçdüyü.

7. Forgotten Love

Buraxılış ili: 2023

Ölkə: Polşa

Janr: Romantik-dram

Ailəsini və yaddaşını itirmiş, bir vaxtların ən mötəbər cərrahı olan Rafal ehtiyacı olan cavabları tapmaqda ona kömək edə biləcək, unudulmuş keçmişindən biri ilə yenidən qarşılaşdıqda xilas olmaq şansı qazanır.

8. Mirage

Buraxılış ili: 2018

Ölkə: İspaniya

Janr: Triller, misteriya

Bir uşaq anası olan Vera başqa bir uşağın ruhu ilə əlaqə qurur və onun həyatını xilas edir. Bundan sonra onun bu hərəkəti reallığı dəyişdirərək məkan-zaman fasiləsizliyinə gətirib çıxarır.

9. Enola Holmes

Buraxılış ili: 2020

Ölkə: İngiltərə, ABŞ 

Janr: Misteriya, cinayət

İtkin anasının axtarışına çıxan cəsarətli yeniyetmə Enola Holms böyük qardaşı Şerlokdan üstün olduğunu göstərmək və qaçan lorda kömək etmək üçün öz hiyləgərlik bacarıqlarından istifadə edir. 

Qeyd: Filmin 2-ci hissəsinə də nəzər salmağı unutmayın.

10. Love in the Villa

Buraxılış ili: 2022

Ölkə: ABŞ 

Janr: Romantik-komediya

Hadisələr Şimali İtaliyanın füsunkar şəhəri Veronada cərəyan edir. Qəhrəmanımız Culi çoxdan planlaşdırdığı İtaliya tətilinə xoşagəlməz sürprizlərlə başlayır. Əvvəlcədən nişanlısından ayrılan gənc qadın daha sonra Veronada rezervasiya etdiyi villanın eyni anda başqa insana da verildiyini öyrənir. Şekspirə, sevgi hekayələrinə. ən əsası qismətə inanan Culi xilas olmağa çalışdığı bu yad insanın düşüncə tərzində suallarına cavab tapa biləcəkmi? 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et