Bayram günlərində şəhərlərarası və rayonlararası marşrutlar üzrə 70 mindən çox sərnişin daşınıb | Banco.az

Bayram günlərində şəhərlərarası və rayonlararası marşrutlar üzrə 70 mindən çox sərnişin daşınıb

Azərbaycandakı avtovağzal və avtostansiyaların gücləndirilmiş iş rejimində fəaliyyət göstərdikləri 24 iyun - 2 iyul tarixlərində (bayram günlərində) 70 min 35 sərnişin daşınıb.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə AYNA nəzarət edib. Bayram günlərində 2 358 reys həyata keçirilib, xəttə əlavə 200-yə yaxın avtobus buraxılıb.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. 4 773 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et