Bankların müştəri bazası yenidən artmağa başlayıb | Banco.az

Bankların müştəri bazası yenidən artmağa başlayıb

Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 50 470 nəfər və yaxud 0,9% artaraq bu il avqustun 1-nə 5 663 280 nəfər təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir.

Məlumata görə, müştərilərin 5 582 900 nəfəri fiziki, 80 380 nəfəri hüquqi şəxslərdir. Aylıq müqayisədə fiziki şəxslərin sayında 48 347 nəfər və yaxud 0,87%, hüquqi şəxslərdə isə 2 123 nəfər və ya 2,71% artım qeydə alınıb. Bu müddətdə sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da artım olub. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 7 388 nəfər və yaxud 3,51% artaraq 217 921 nəfərə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, bankların müştəri bazasında ilin əvvəli ilə müqayisədə isə 310 824 nəfər və yaxud 5,8% artım baş verib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et