Bankların kapital strukturunda öhdəliklərin payı nə qədərdir? - Debt Equity ratio (2018,II rüb) | Banco.az

Bankların kapital strukturunda öhdəliklərin payı nə qədərdir? - Debt Equity ratio (2018,II rüb)

Debt equity ratio leverec əmsallarından hesab olunur. Bu əmsalın mənası odur ki, şirkət öz məcmu kapitalını yaratmaq üçün neçə faiz  öhdəlikdən istifadə edir. Ümumiyyətlə şirkətlərin kapital stukturunda bu əmsalın çox böyük önəmi vardır. Gəlin bunu başa düşmək üçün aşağıdakı misala baxaq.

Deməli A şirkətinin 35 mln aktivi var, B şirkətinin isə 25 mln aktivi var. A şirkətinin akitivlərini 25 mln öhdəlik 10 mln kapital təşkil edir. B şirkətinin isə 20 mln kapital 5 mln öhdəlik təşkil edir. Hansı şirkətin kapital strukturu daha yaxşıdır, imvestor hansı şirkətə yatırım etməlidir? İlk baxışdan sizə elə gələcək ki, investorun seçimi A şirkətidir amma elə deyil. A şirkətini D/E əmsalı 250%, B şirkətinin isə 25% -dir. Yəni A şirkətinin kapital strukturunda öhdəliklərin payı daha çoxdur, B şirkətində isə kapitalın payı çoxdur. Deməli investor B şirkətinə yatırım edəcək.

Düzdür, bu struktur banklarda bir az fərqlidir. Çünki bankların öhdəliklərində depozitlər deyilən maddə var ki, bu da bankların cəlb etdiyi vəsaitlər anlamına gəlir. Yəni bank nə qədər çox depozit cəlb edərsə, o qədər çox kommersiya mənfəəti əldə edəcəkdir. 

İndi isə sizə bankların 2018-ci ilin ikinci rübü üçün Debt/Equity ratio indikatorunu təqdim edirik. 

Bank

Debt Equity ratio

Pakistan milli bankı

0,05

Bank Melli İran

0,54

Bank VTB

1,31

Bank Avrasiya

1,67

Naxçıvan Bank

1,68

Günay Bank

2,00

Express Bank

2,09

Ziraat Bank

2,55

NBC Bank

3,15

AtaBank

3,29

Nikoil Bank

3,59

Bank Silkway

3,73

Bank BTB

4,45

AzərTürkBank

4,86

YapıKrediBank

5,06

AmrahBank

5,82

Muğan Bank

6,17

Rabitəbank

6,26

TuranBank

6,26

Xalq Bank

6,32

AFB bank

6,56

Bank of Baku

6,82

Unibank

6,89

Azərbaycan Beynəlxalq Bank

8,44

AG Bank

10,72

ASB bank

10,92

Kapital Bank

13,50

Paşa Bank

16,11

Bank Respublika

19,05

Accessbank

27,47

Ən sərfəli kredit üçün müraciət et

Yuxarıda göründüyü kimi, ilk beşlikdə yer alan bankların kapitalına görə öhdəlikləri az olduğundan, D/E ratio əmsalı da az olub. Ümumiyyətlə bu əmsalın az olması investisiya imkanları üçün əhəmiyyətli rol oynayır. Yəni şirkətin kapital sktukturunda öhdəliklərinin payının az olduğunu göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et