“Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları” haqqında təkliflər müzakirə edilib | Banco.az

“Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları” haqqında təkliflər müzakirə edilib

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Azərbaycan Banklar Assosiasiyasına (ABA) ünvanladığı “Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları”nın yeni layihəsinə dair banklardan daxil olmuş təkliflər müzakirə edilib.

Bu barədə Assosasiyaya istinadən xəbər verilib.

Məlumata görə, iclasda ABA-nın icraçı direktoru Yunus Abdulov, qurumun "Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev, “ÇPY və Terrorçuluğun maliyyələşdirməsinə qarşı mübarizə və komplayns üzrə” Ekspert Qrupunun sədri Anar Kərimov və Ekspert Qruplarının digər üzvləri iştirak ediblər. Müzakirə zamanı “Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları” ilə əlaqədar təkliflərin sistemləşdirilməsi və bu məsələ ilə bağlı hər iki qrupun nümayəndələrindən ibarət işçi qrupun yaradılması qərara alınıb. İşçi qrupun yaradılması üçün MBNP-yə müraciət edilməsi nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

Ən sərfəli krediti almaq üçün müraciət et