Banklar kreditlərdən nə qədər gəlir əldə edib? | Banco.az

Banklar kreditlərdən nə qədər gəlir əldə edib?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2023-cü ildə müştərilərə verilmiş kreditlərdən 2 milyard 573 milyon 800 min manat faiz gəliri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 379 milyon manat və ya 17,3% çoxdur.

Banklar 2022-ci ildə 2 milyard 194 milyon 400 min manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

Ötən il bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri 754 milyon manat artaraq 3 milyard 492 milyon 899 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et