“Bank Standard”dan milyonlarla kredit götürən şirkət açıqladı | Banco.az

“Bank Standard”dan milyonlarla kredit götürən şirkət açıqladı

“AS Group Investment” şirkətlər qrupunun “Bank Standard” QSC-yə olan kredit borcu 77 milyon 750 min manatdır. “AS Group Investment” bu vəsaitin götürülməsi üçün şirkətə və sahibkara aid ümumi dəyəri kredit məbləğindən bir neçə dəfə çox olan torpaq sahələri, mənzil, yaşayış və qeyri yaşayış sahələri, əmlak kompleksləri girov qoyulub.

Bu barədə "AS Group Investment"dən məlumat verilib.

Məlumatda bildirilir ki, şirkətin hazırda “Bank Standard” QSC-dən başqa, daha 3 bankda müxtəlif məbləğlərdə krediti mövcuddur və götürülmüş vəsaitlər ölkədə və bölgədə iri layihələrin icrasına yönəldilib. Şirkətlər qrupu əldə etdiyi kreditləri gəlirli layihələrinə yönəldərək həmin vəsaitləri qazanca çevirir. “AS Group Investment”in aktivlərinin dəyəri götürdüyü kreditlərdən dəfələrlə çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda şirkətlər qrupunun layihələrində 2000 nəfərdən çox şəxs çalışır. Şirkətlər qrupunun icra etdiyi ən son layihələrdən biri Hövsanda “Abşeron AqroPark”ının yaradılması olub ki, burada 200 ha ərazidə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, regionun aparıcı “developer”lərindən biri olan “AS Group Investment”in Gürcüstan, Özbəkistan, Rusiya və Ukraynada nümayəndəlikləri mövcuddur. Şirkət Beynəlxalq aləmdə Azərbaycanı inşaat nəhəngi kimi tanıdır.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et