Bank Silk Way – sədri, səhmdarı və gəlirləri | Banco.az

Bank Silk Way – sədri, səhmdarı və gəlirləri

Avqustun 7-si, 2017-ci il tarixində “Bank Silk Vey” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağında Bankın idarə heyətin sədri Elçin Əhmədov müşahidə şurasına sədr təyin olunub. 

Elçin Əhmədov Eldar oğlu 08 fevral 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 

Təhsil

  • 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" fakultəsini bitirmişdir. 
  • 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" ixtisası üzrə magistr dərəcəsi almışdır. 

Karyera

  • 2007 2008-ci ildlərdə "Bank Silk Vey" ASC-də iqtisadçı olub.
  • 2009-cu ildə "Bank Silk Vey" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 
  • 2012-ci ildə "Bank Silk Vey" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 

Həmçinin digər bir qərar ilə Mahir Əvəz oğlu Əhmədov - İdarə Heyətinin sədri təyin olunub. 

Mahir Əhmədov 17 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 

Təhsil: 

  • 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə" fakultəsini bitirib. 
  • 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" ixtisası üzrə magistr dərəcəsi alıb.

Karyera 

Ən sərfəli kredit üçün müraciət et

  • 1993-1996-cı illərədək "Diyarbank" SB-də çalışmışdır. 
  • 1996-1999-cu illərədək "Azşərqbank" KB-da aparıcı iqtisadçı, 1999-cu ildən isə baş mühasib vəzifələrində çalışmışdır. 
  • 2000-ci ildən "Azalbank" SKB-də, sonradan isə "Bank Silk Vey" ASC-də baş mühasib vəzifəsində çalışmışdır. 
  • 2009- 2017-ci illərdə "Bank Silk Vey" ASC-nin İdarə Heyətinin üzvü və  sədrinin müavini təyin edilib.

 

Gəlirlər və xərclər

Bank 2016 və 2015-ci illəri müvafiq olaraq, 1,546 mln və 1,530 mln manat mənfəətlə (vergilər ödəndikdən sonra) başa vurub. 

Bank Silk Way 2017-ci ilin birinci yarısını 2 mln 959 min manat mənfəətlə başa vurub.

Bankın cəmi faiz gəlirləri 13 mln 581 manat, faiz xərcləri isə 5 mln 617 min manat təşkil edib. Qeyri faiz gəlirlərinin miqdarı 8 mln 51 min manat civarında formalaşıb. Bank 3 mln 95 min manat mənfəət qazanıb ki, onun da 136 min manatını vergi qismində ödəyib. Bankın xalis mənfəəti 2 mln 959 min manat təşkil edib. 

Daha ətraflı  diaqramdan tanış ola bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et