“Bank Respublika” nizamnamə kapitalını artırdı | Banco.az

“Bank Respublika” nizamnamə kapitalını artırdı

“Bank Respublika” ASC nizamnamə kapitalını 10 000 067 və yaxud 17,4% artıraraq 67 461 088,1 manata çatdırıb.

Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2,45 manat olan 4 081 660 ədəd yeni səhm buraxılıb.

Ən sərfəli kredit üçün müraciət et

Qiymətli kağızları bankın mövcud səhmdarları əldə ediblər.

Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et