Bank BTB üçüncü rübün maliyyə nəticələrini açıqladı | Banco.az

Bank BTB üçüncü rübün maliyyə nəticələrini açıqladı

Bank BTB 2022-ci ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini təqdim etdi. Hesabat tarixinə aktivlərin cəmi 361 438.35 min manat təşkil etmişdir. Bu isə ötən rüblə müqayisədə 2% artım deməkdir.

3-cü rübün nəticələrinə görə faiz gəlirləri ötən rüblə müqayisədə 49% artaraq 19 861.17 min manat, faiz xərcləri 12 731.42 min manat, qeyri-faiz gəlirləri 44% artaraq 3 890.5 min, qeyri-faiz xərcləri 10 861.28 min olmuşdur. Bununla da əməliyyat mənfəəti 115% artaraq 158.97 min manat təşkil etmişdir.

Digər göstərici bankın depozit portfelinin artmasıdır ki, qeyd olunan  dövrdə bankın depozit portfeli 137 354.15 min manat təşkil etmiş,  ötən ilin həmin dövrü ilə müqayisədə 7% artmışdır.

3-cü rüb ərzində Bank BTB tərəfindən 30 444.07 min manat kredit verilib. Ümumi satışın 10%-ni ARİKZF hesabına verilən ipoteka kreditləri, 44%-ni istehlak kreditləri, 46 %-ni sahibkarlıq subyektlərinə verilən kreditlər təşkil edib. Bununla da kredit portfeli 1% artaraq 254 161.39 min manat təşkil etmişdir.

Eyni zamanda qeyd etmək istərdik ki, bank kredit portfelinin dayanıqlılığının artırılması məqsədilə cari ilin yanvar ayından etibarən 5 872.55 min manat ehtiyat yaratmışdır. Bu da gələcəkdə kredit portfelində yarana biləcək risklərin qarşısının alınması məqsədilə görülən tədbirdir.

Hesabat dövrünə bankın məcmu kapitalı 53 067.07 min manat təşkil edir. Bankın ani likvidlik əmsalı 110.55% təşkil edir ki, bu da AMB-nin tələb etdiyi min normadan 3 dəfədən çoxdur.

Nəzərinizə çatdıraq ki, Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et