Bank 50 000 AZN-dən artıq “cashback” qaytarıb | Banco.az

Bank 50 000 AZN-dən artıq “cashback” qaytarıb

Expressbank-ın təqdim etdiyi məhsul və xidmətlər sırasında xüsusi yer alan ExpressClub müştərilər üçün düşünülmüş və onlara alış-veriş zamanı real pul qazandıran unikal  xidmətdir. Qısa müddət ərzində müştərilərin böyük rəğbət və sevgisini qazanmış ExpressClub yarandığı gündən bu günədək müştərilərinə 50 000 AZN-dən artıq “cashback” qaytarıb.

“Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (“cashback”). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.

ExpressClub layihəsinin xüsusi üstünlüyü - onun nəinki ExpressClub tərəfdaşlar şəbəkəsinə daxil olan satış nöqtələrində 20%-dək “cashback” qaytarması, hətta bu şəbəkəyə daxil olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində xərclənən vəsaitin 0,3% hissəsinin müştərilərin kartına geri qayıtmasıdır. ExpressClub şəbəkəsinə daxil olan tərəfdaşların siyahısı isə daim yenilənməkdə və artmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

Bütün bu fürsətlərdən yararlanmaq üçün sadəcə Expressbank-ın istənilən kart sahibi olmaq kifayətdir!

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartı 5 AZN, VisaElectron / Maestro kartlarını 6 AZN, VisaClassic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə VisaGold / MasterCardGold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə VisaPlatinum / MasterCardPlatinum kartlarını pulsuz sifariş etmək mümkündür.  Expressbank-ın kartlarına dərhal, rahat və komissiyasız vəsaiti ExpressPay terminalları və mobil pul kisəsi vasitəsi ilə mədaxil etmək mümkündür. 

ExpressClubtərafdaş şəbəkəsi və “cashback” xidməti haqqında daha ətraflı məlumat üçün müştərilər 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.azsaytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/expressclubazdaxil ola bilər.

Expressbank-ın ödəniş kartları ilə xərclərinizi gəlirə çevirin! 

Ən sərfəli krediti almaq üçün müraciət et