Bakıda onlayn tur sifarişini mümkün edən ilk platforma təqdim olundu | Banco.az

Bakıda onlayn tur sifarişini mümkün edən ilk platforma təqdim olundu

Ötən gün, Oktyabrın 11-də “JW Marriott Absheron Baku”  otelində “Pasha Travel”in yeni “Baku Sightseeing” onlayn platformasının təqdimat mərasimi baş tutdu.

Tədbirdə “Pasha Travel” şirkətinin Baş Əməliyyat Direktoru (COO) Florian Sengstschmid layihəyə qoşula biləcək potensial partnyorlar və mətbuat üçün Azərbaycanda bir ilk olan bu platforma haqqında məlumat verdi.

Baku Sightseeing, Bakıya böyük qrup şəklində deyil, tək və ya kiçik qruplarda səyahət edən xarici qonaqlar üçün onlayn rejimdə, arzuladıqları turu seçmək imkan verəcək. Ənənəvi turlar da daxil olmaqla qonaqlara 19 adda və 11 fərqli dildə tur seçimi təklif olunur.

Sabit turlar - əvvəlcədən müəyyən edilmiş saatlarda və təyinat nöqtələrində başlayacaq, buraya şəhərin üç böyük oteli (JW Marriott Absheron Baku, Four Seasons və yeni Boulevard Hotel Baku) və hər bir qonağın asanlıqla tapa biləcəyi İçəri Şəhər metrosu daxildir.  Turlar – növündən asılı olaraq piyada və ya nəqliyyat daxil olmaqla təşkil olunur.

Bununla yanaşı qonaqlar fərdi turlar seçə bilər ki, bu zaman turun başlama saatı və məkanı, davam etmə müddəti, turun keçirildiyi dil və hətta bələdçinin özü belə onların şəxsi istəyinə görə tənzim olunur.

Ən sərfəli kredit üçün müraciət et

Baku Sightseeing – Azərbaycanda turların onlayn sifarişini mümkün edən ilk platformadır. Platforma qonaqlara, ən yaradıcı, interaktiv, zövq oxşayan və təəccübləndirici turlar təklif edir. Bu isə ölkəmizə gələn qonaqların daha zəngin və unudulmaz təəssüratlarla ayrılmasına zəmin yaradır.

Tədbirdə qonaqlara saytın işləmə prinsipi ilə və layihənin necə ərsəyə gəlməsi ilə bağlı geniş məlumat verildi, həmçinin “Pasha Travel” şirkətinin və Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə birgə başlatdığı “Bakıda mənə bələdçilik et” (“Guide me in Baku”) təlim prosesini uğurla başa vurmuş və ATMU-nn təşkil etdiyi dövlət imtahanından keçmiş gənc bələdçilər də qonaqlara təqdim olundu.

Baku Sightseeing saytı vasitəsi ilə bu gənc bələdçilər qonaqlarımızı – şəhərin ən maraqlı memarlıq abidələri ilə tanış edəcək, gənc Stalinin dolaşdığı yerlərə aparacaq, pioner xatirələrini və Sovet dövrünü canlandıracaq, şəhərin sirrlərlə dolu kiçik məhələllərinə götürəcək, gerçək Bakını fərqli bucaqlardan görmək imkanı verəcək. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et