Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb | Banco.az

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

2021-ci ilin yanvar-iyun aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 2 milyard 94,5 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 749,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,5 faizini təşkil edib.

2021-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azalaraq 233,9 milyon manat olub. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,7 faiz artaraq 201,6 milyon manat olub.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et