Azexport portalı ilk dəfə Hindistana yun ixrac edəcək | Banco.az

Azexport portalı ilk dəfə Hindistana yun ixrac edəcək

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport.az" portalının təşkilatçılığı ilə Hindistanın iri yun idxalçılarından olan “NaT IN” şirkətinin direktoru Bakıda səfərdədir.

Səfər çərçivəsində qonaqların Azərbaycanın qabaqcıl yun emalçılarından olan “Fərhad -91” MMC və “Drujba” MMC şirkətlərinin direktorları ilə görüşü təşkil olunub. Müzakirələrin yekunu olaraq tərəflər hər iki şirkətin iştirakı ilə Azərbaycandan il ərzində texniki göstəriciləri 25-29 və 29-34 mikron olmaqla ümumilikdə beş min ton qoyun yununun Hindistana ixrac olunması barədə ilkin razılığa gəliblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “NaT IN” şirkəti 35 ildən artıq müddət ərzində Yeni Zelandiya, Suriya, Yunanıstan İspaniya, İtaliya, Misir və Çin başda olmaqla dünyanın 17 dən artıq ölkəsindən Hindistana yun idxalı ilə məşğuldur. Azexport portalının meneceri Ayxan Qədəşov bildirib ki, sahənin qabaqcıl şirkətlərindən olan “NaT IN” şirkəti ilə əməkdaşlığın başlanması Azərbaycan yununun Hindistanla yanaşı digər ölkələrə də ixracı üçün yeni mərhələnin başlanması kimi qiymətləndirilə bilər

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç