“Azərkosmos” bu ilin 10 ayında 38 milyon dollarlıq xidmət ixrac edib | Banco.az

“Azərkosmos” bu ilin 10 ayında 38 milyon dollarlıq xidmət ixrac edib

Bu ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC 26 xarici ölkəyə 37,5 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 10 ay ərzində dövlət şirkətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.

Cari ilin oktyabr ayında isə “Azərkosmos” 23 xarici ölkəyə 7,2 milyon dollar dəyərində xidmət ixrac edib. Sözügedən xidmətləri əsasən ABŞ, Böyük Britaniya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Malayziya idxal edib.

 

Ən sərfəli krediti almaq üçün müraciət et