Azərbaycanlı Qazaxıstanda yüksək vəzifəyə təyin olunub | Banco.az

Azərbaycanlı Qazaxıstanda yüksək vəzifəyə təyin olunub

Banco.az-ın əldə etdiyi ekskluziv məlumata görə Əjdər Salahov Qazaxıstanda Coca-Cola şirkətinin Maliyyə Direktoru vəzifəsinə təyin olunub. 

Maliyyə sahəsində 16 illik təcrübəyə malik olan Əjdər Salahov bu vəzifəyə qədər Coca-Cola Azərbaycan şirkətində Kommersiya Maliyyə Meneceri, Coca-Cola Tacikistan və Coca-Cola Qırğızıstan şirkətində Maliyyə Direktoru vəzifəsində çalışıb. Həmyerlimiz Azərbaycan Dövlət İqtisad Universitetində, Beynəlxalq Istisadi Münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili almışdır.

Qeyd edək ki, dünyanın ən böyük alkoqolsuz içəcək şirkəti olan Coca-Cola şirkətinin dünya üzrə 80 mindən çox əməkdaşı və dünyanın 200-dən çox olkəsində fəaliyyət göstərir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et